Goranboyda tikinti materialları mağazasında baş verən yanğın söndürülüb.

"Unikal"ın məlumatına görə, ətraf ərazilər yanğından mühafizə edilib.

*** 20:48

Goranboyda yanğın olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qərvənd kəndində baş verib. Belə ki sözügedən kəndə yerləşən tikinti materialları mağazasında anidən  yanğın olub. Dərhal əraziyə FHN-nin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb edilib.

Yanğının söndürülməsi istiqamətində işlər gedir.

Tural Əhmədov