BBC əməkdaşından İŞİD və Qərb haqda dəhşətli faktlar
Terror təşkilatı ilə bağlı yeni şok iddia: qız şagirdləri "cihad nikahı"na məcbur edilir
BBC-nin keçmiş əməkdaşı Toy Qoslinq İŞİD-in yaradılması ilə bağlı şok iddia ilə çıxış edib. axar.az xəbər verir ki, jurnalist İŞİD-in NATO qüvvələri tərəfindən planlı şəkildə yaradıldığını, İngiltərə və ABŞ Mərkəzi Kəşfiyyat Xidmətləri (Mİ6 və MKİ) tərəfindən böyüdüldüyünü deyib.
Jurnalist İŞİD-in hansı məqsədə xidmət etdiyini şərh edərək Qəddafi və Əsəd ilə döyüşmək üçün istifadə edilən köhnə bir təşkilatın yeni adı olduğunu qeyd edib: "Hər kəsin iddia etdiyi kimi İŞİD birdən-birə ortaya çıxmayıb. Bu canavarın meydana gəlməsində Qərb güclərinin müstəsna xidmətləri var. Bunun yaradılma məqsədi isə Qərbin diktəsinə qarşı mübarizə aparan Yaxın Şərqi diz çökdürmək, onları tabe etməkdir. İŞİD NATO ölkələri tərəfindən yaradılıb. Bu təşkilat Qəzzafi və Əsəd ilə döyüşmək üçün istifadə olunan köhnə bir təşkilatın yeni adıdır. Ayrıca bu təşkilat, əslində, "bal çanağı" funksiyasını yerinə yetirir. Bu termin kəşfiyyat xidmətləri tərəfindən istifadə edilir".
Jurnalist NATO tərəfindən yaradılan İŞİD-in müsəlman aləminə ciddi zərbə vurmaq üçün yaradıldığını deyərək, əsas rolu Türkiyədə fəaliyyət göstərən İngiltərə xüsusi xidmət orqanlarının oynadığını iddia edib: "İŞİD-i meydana gətirənlər yalnız ABŞ, Birləşmiş Krallıq və İsrail deyil. Əsas məqsədlərdən biri də Yaxın Şərqdə İsrailin genişlənməsinə nail olmaqdır. İnsanlar bu təşkilatları televiziyadan seyr edərkən tamamilə özbaşına və dağınıq şəkildə küçələrə çıxdığını görə bilər. Əsla. Bu, ABŞ MKİ və İngiltərə Mİ6 təşkilatlarının maliyyə dəstəyi ilə baş verir və tam planlı şəkildə aparılır. Məncə, Mİ6-nın Türkiyədəki sütunları daha güclüdür. Mən Türkiyə səlahiyyətlisi olsaydım, İngiltərə hərbi attaşesinin kim olduğunu araşdırardım. Nə etdiklərini yaxından izlərdim. Çünki Türkiyə NATO üzvü və İslam ölkəsi olaraq çox həssas bir mövqedədir. Son zamanlarda NATO-nun apardığı siyasət İslamı məhv etməkdir. Bu siyasətin mahiyyəti yalnız İslam neftini ələ keçirmək üçün deyil, ayrıca dünyadakı İslam xalqlarının əxlaqi dəyərlərini də yıxmaqdır".
Jurnalist mason siyasətinə toxunaraq İngiltərənin kraliça tərəfindən deyil, masonlar tərəfindən idarə olunduğunu da deyib: "Əslində, London olduqca qəribə bir təşkilatdır. Rotşild ailəsi Birləşmiş Krallıqda əsrlərdir ki, çox ciddi nüfuza sahibdir. Məsələn, Kraliça Londona girərkən onlardan icazə alır. Rokfeller ailəsi də Rotşildlərlə yaxındır. Sonuncu Rokfellerlərdən daha qədimdir. Çünki Rotşild Avropa bankçılığının əsasını qoyub. "Azad Masonlar" da İngiltərədə güclü təsirə malikdir. İngiltərədə bir çox polis "Azad Masonlar"a qatılıb. Məhz bu səbəbdən "Azad Masonlar" "məşhur" günahkarları qoruyur" .
Terror təşkilatı ilə bağlı daha bir şok iddia
İraqın böyük bir ərazisinə nəzarət edən İŞİD terror qruplaşması ilə bağlı daha bir şok iddia irəli sürülüb. Bildirildiyinə görə, terror qruplaşması İraqın Mosul şəhərində qız şagirdlərin evlərini müəyyənləşdirərək onları "cihad nikahı" adı altında müvəqqəti evliliyə məcbur edir.
"Cihad nikahı" qadınları radikal qruplaşmaların üzvləri ilə cinsi yaxınlaşmaya məcbur edilməsidir. "Cihad nikahı" 2011-ci ildə Suriya vətəndaş müharibəsində, daha sonra İraqda tətbiq olunmağa başlayıb.
İŞİD-ə qarşı quru əməliyyat bir ay əvvəl başlayıb
Qərb İŞİD terror qruplaşmasına qarşı mübarizədə heç də deyildiyi kimi, yalnız hava güclərindən istifadə etmir.
publika.az-ın "Mail on Sunday" qəzetinə mediaya istinadən verdiyi məlumata görə, İngiltərənin SAS komandosları İraq torpaqlarında İŞİD-ə qarşı bir aydır gecə basqınları təşkil edir. Bu basqınlarda 200 İŞİD üzvünün öldürüldüyü bildirilir.
"Mail on Sunday" nəşrinə danışan İngiltərə Müdafiə Nazirliyindəki mənbə bildirib ki, SAS komandosları İŞİD-in əlindəki amerikalı və ingilis girovlarının edamında ittiham olunan "cihadçı Con" ləqəbli İŞİD üzvünün yerinin müəyyən olunması üçün göndərilmişdi. Mənbə qeyd edib ki, SAS komandosları hazırda İraqın şimal və mərkəzi vilayətlərində İŞİD-in mövqelərinə basqınlar həyata keçirir.
Məlumata görə, İngiltərə hava güclərinə aid pilotsuz hava vasitələri İŞİD-in bölgədəki mövqelərinin koordinatlarını SAS komandoslarına çatdırır. Bölgədəki gizli bazalarda yerləşdirilən komandoslar daha sonra "Chinook" tipli nəqliyyat vertolyotları ilə İŞİD-in mövqelərinin olduğu bölgəyə çatdırılır. İŞİD mövqelərinə yaxın bir ərazidə yerə endirilən komandoslar daha sonra xüsusi avtomobillərlə terrorçuların olduğu nöqtəyə gəlir. Qəflətən İŞİD üzvlərinə hücum edən komandoslar daha sonra sürətlə bölgədən ayrılır.
Hərbi mənbələr komandosların bu tipli hücumlarla orta hesabla hər gecə 8 İŞİD üzvünü öldürdüyünü vurğulayır.
Murad İbrahimli
Digər Xəbərlər
2025-03-03 00:00:56

2025-03-02 23:30:24

2025-03-02 22:57:41

2025-03-02 22:41:59

2025-03-02 22:35:01

2025-03-02 22:19:28

2025-03-02 22:00:01

2025-03-02 21:23:39

2025-03-02 20:12:27

2025-03-02 19:58:55

2025-03-02 19:43:39

2025-03-02 19:11:58

2025-03-02 18:45:27

2025-03-02 17:56:56

2025-03-02 17:17:01

2025-03-02 17:04:33

2025-03-02 16:56:07

2025-03-02 16:05:27

2025-03-02 15:50:04

2025-03-02 14:12:02
