AMEA doktoranturaya qəbul imtahanları ilə bağlı detalları açıqladı
12:05 04-11-2015
CƏMİYYƏT
Bu il Azərbaycan Milli Elmlər Akademiyasının doktoranturasına qəbul olmaq istəyənlər üçün ixtisas fənləri üzrə test imtahanlarının institutlar, fəlsəfə və xarici dil imtahanlarının isə AMEA tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilməsi nəzərdə tutulur.
Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm və Təhsil İdarəsinin rəhbəri Əminağa Sadıqov deyib. Ə.Sadıqov bildirib ki, institutlar ixtisas fənləri üzrə imtahanları eyni gündə keçirməyəcəklər: "İnstitutlara imtahan gününü və yerini müəyyənləşdirmək tapşırılıb. Imtahanların qrafiki tərtib olunduqdan sonra AMEA-nın Rəyasət Heyətinə təqdim olunacaq. Bundan sonra imtahanlara nəzarət mexanizmi təmin olunacaq. AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu isə institutların mütəxəssisləri ilə birgə bu imtahanların informasiya, proqram, texniki təminatını həyata keçirəcək".
Akademiya rəsmisinin sözlərinə görə, test imtahanlarının iki saat davam etməsi, çoxvariantlılıq prinsipi əsasında testlə keçirilməsi, variantlarda sualların çeşidlənməsini təmin etməkdən ötrü hamısında bərabər həcmdə sadə, orta və mürəkkəb sualların olması və imtahanda namizədlərə 50 sualın təqdim olunması nəzərdə tutulub: "Suallar ixtisas fənlərinin bütün bölmələrini əhatə edəcək. Suallar iki balla qiymətləndiriləcək. Bu il qiymətləndirmə zamanı səhv suallar namizədlərin düzgün cavablarının nəticələrinə təsir göstərməyəcək. Amma növbəti illərdə səhv suallar düzgün cavablara təsir göstərə bilər".
Ə.Sadıqovun sözlərinə görə, imtahan nəticələri imtahan bitən kimi dərhal elan olunacaq.
O qeyd edib ki, imtahan zamanı namizədlər sualları komputerdə cavablandıracaqlar. İmtahan zamanı hansısa texniki problemin yarana bilmə ehtimalını nəzərə alaraq, hər bir iddiaçının qarşısına bağlı zərflərdə olan suallar da qoyulacaq: "İddiaçı imtahan zalına daxil olduqda imtahan sualları konvertdə iddiaçılara təqdim ediləcək. İddiaçıların cavabları elektron şəkildə emal ediləcək".
Imtahanların nəticələri ilə bağlı apelyasiya komissiyasının da fəaliyyət göstərəcəyini nəzərə çatdıran Ə.Sadıqov qeyd edib ki, doktoranturaya sənəd qəbulu noyabrın 5-də tamamlanacaq: "Hələlik sənəd qəbulu vaxtının uzadılması gündəmdə deyil. Zərurət olarsa, bu məsələyə baxıla bilər, amma hələ rəsmi qərar qəbul olunmayıb".
AMEA rəsmisi deyib ki, doktoranturaya qəbul imtahanlarının noyabrın ortalarından dekabrın 10-dək, doktorluq minimum imtahanlarının isə dekabrın 20-dək keçirilməsi nəzərdə tutulur.
Ə.Sadiqov əlavə edib ki, imtahanların keçirilmə günləri, təşkili ilə bağlı qərar AMEA-nın Rəyasət Heyətinin sabah keçiriləcək iclasında qəbul olunacaq. İclasda eyni zamanda, imtahanlarla bağlı test suallarının bankı, ixtisas fənlərinin proqramları təsdiq olunacaq.
Digər Xəbərlər
2024-12-29 01:07:51
2024-12-29 01:00:26
2024-12-29 00:28:56
2024-12-29 00:08:51
2024-12-29 00:04:31
2024-12-28 23:42:42
2024-12-28 23:41:59
2024-12-28 22:51:21
2024-12-28 22:07:02
2024-12-28 21:32:07
2024-12-28 21:04:54
2024-12-28 20:24:55
2024-12-28 19:26:22
2024-12-28 18:33:26
2024-12-28 18:32:46
2024-12-28 18:17:08
2024-12-28 18:07:14
2024-12-28 17:55:16
2024-12-28 17:48:07