Astarada qətl hadisəsi baş verib.

Unikal.org APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pəlikeş kəndində qeydə alınıb.
Kənd sakini, 26 yaşlı Cəsarət Tağıyev ailə münaqişəsi zəminində atası, 54 yaşlı Xafitəli Tağı oğlu Tağıyevi bıçaqlayaraq qətlə yetirib. Hadisəni törətmiş C.Tağıyev yaxalanaraq istintaq orqanlarına təhvil verilib.
Faktla bağlı Astara Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.