Hollandiya çox vaxt "məşhur Qırmızı fənər küçəsi, seks muzeyləri və eyni cinsli insanların evlənməsinə icazə verən ölkə kimi assosiasiya olunur. Halbuki, Hollandiya qeyri-adi təbiəti, lalə sahələri, yel dəyirmanları olan gözəl və Qərbi Avropanın ən qədim şəhərdir.
Unikal.org xəbər verir ki, Hollandiya muzeyləri ilə də zəngindir. 16 milyon əhaliyə malik ölkədə təqribən 1000 muzey fəaliyyət göstərir. Dünyanın ən gözəl və keyfiyyətli gülləri pendiri və pivəsi də Holandiyada yetişir. Səyyaha bundan artıq nə lazımdır? Qısası, bu ölkə haqqında birmənalı olmayan təsəvvürləri dəyişmək üçün kifayət qədər səbəb var.
Görək, Hollandiya gey paradından başqa daha nələri ilə məşhurdur?
İki adı olan ölkə
Niderland sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderland Hollandiya adlandırılır. Lakin bu adın bütün ölkəyə aid edilməsi düzgün deyil, çünki ölkənin 12 inzibati bölgəsindən ikisi Hollandiya adlanır: Şimali və Cənubi Hollandiya. Bunun xaricində "Hollandiya" daha çox insanların özlərini təyin etdikləri lağlağı bir addır.
Romantik Amsterdam
Nirderland Krallığının isə paytaxtı - Amsterdam zəngin memarlıq abidələrinə, 150-dən çox su kanalına, qədim qotik küçələrə malik antik Avropa şəhəridir. Qərbi Avropanın mühüm mədəni və intellektual mərkəzlərindən biri olan Amsterdam əcnəbilər üçün olduqca təhlükəsiz və qonaqpərvər yerdir. Bu şəhər dünya üzrə məşhur musiqi, opera, teatr və rəqs kollektivinin, rəssamların vətənidir. Və bu şəhərə ilin hansı fəslində gəlməyinizin fərqi yoxdur. Amsterdam sizi istənilən vaxt heyran etməyə hazırdır. Atmosferi ifadə etmək mümkün deyil, onu gərək şəhərin özündə hiss edəsən.
Amsterdam Avropanın ən romantik şəhərlərindən biridir. Əsl romantiklər çoxsaylı körpücüklərdə gəzməyi və ya çay gəzintisini yüksək qiymətləndirəcək. Axşam şəhər dəyişir: barların neon işıqları küçələrə rəng qatır, turistlər "Qırmızı fənər küçəsinə, sakinlər isə ən yaxşı qrupların ifa etdiyi klublara getməyə tələsir. Musiqidən söz düşmüşkən Amsterdam musiqi istedadına görə London və Berlindən sonra gəlir. Məsələn, Leydseplayn meydanı yaxınlığında dünyanın ən aparıcı Roots musiqi festivalı keçirilir.
Qırmızı Fənər küçəsi
Hollandiyanın paytaxtı Amsterdamda Qırmızı Fənər Küçəsi (Red Light District) şəhərin köhnə hissəsində geniş bir ərazini əhatə edir. Buranın maraqlı tərəflərindən biri gecə həyatının aktivliyidir. Bu küçə lüt qızlarla bol olması, fahişəlik və seks "sənayesinin" digər xidmətləri ilə məşhurdur. Qırmızı Fənər Küçəsini maraqlı edən daha bir tərəfi burada fotoşəkil çəkilişinin qadağan olunmasıdır. Lakin bunu gizlicə etmək istəyənlər də kifayət qədərdir.
Gül müharibəsi
Vaxtı ilə güllər Niderlandda inanılmaz dərəcədə baha satılırdı, onları almağa yalnız çox imkanlı adamlar özünə rəva bilərdilər. Ona görə də cəmiyyətin bütün təbəqələri gül ticarətli ilə məşğul olmağa başlayıb. Kimsə bu biznesdə varlandı, kimsə də əksinə. Hər halda "gül müharibəsi ölkənin xeyrinə işlədi və nəticədə Niderland al-əlvan rənglərə qərq oldu. İndi Hollandiyada güllər çox ucuzdur. 50 zanbaqdan ibarət gül buketini cəmi 5 avroya almaq mümkündür. Niderland lalələri bütün dünyaya məlumdur. Gül hərracında hər gün təxminən 20 milyon gül satılır, onlardan təqribən dörddə üç hissəsi başqa ölkələrə ixrac edilir.
Niderlandda gül mövsümü aprel may aylarına təsadüf edir. Bu zaman çoxlu gül sərgiləri keçirilir, məşhur Kekenxor bağı öz qapılarını ziyarətçilərə açır. Parka hər il yüz minlərlə turist gəlir. Lalələr, nərgizlər, giasintlər və digər bahar çiçəkləri tamaşaçıların burnunu və gözlərini oxşayır.
Rottderdam
Görməli və gəzməli yerlər arasında Rottderdam xüsusi yer tutur. 1250-ci ildə Rotte çayının üzərində kiçik bir balıqçı kəndi olaraq salınıb. Burada taxta körpülər, onların altındakı keçidlər, dar küçələr diqqəti çəkir. Şəhərdə 45-ə yaxın muzey var. İdman sahəsi də bu yerdə yaxşı inkişaf edib.
Külək dəyirmanları
Külək dəyirmanları Niderlandın rəmzlərindən biridir. Ölkədə təxminən 1000 əsl dəyirman qalıb. Hollandlar özləri deyirlər ki, yel dəyirmanları məhz bu diyarda ixtira edilib. Əvvəlcə dəyirman sahələrinin və biçənəklərin qurudulması üçün istifadə olunurdu və yalnız sonradan digər kənd təsərrüfatı işlərində istifadə üçün uyğunlaşdırılıb. Rotterdamdan 15 km aralıda Kinderdeyk yel dəyirmanları kəndi yerləşir. Kinderdeyk Niderlandda ən populyar turizm yerlərindən biridir. Hollandiyanın qədim dəyirman qrupu YUNESKO-nun dünya irsi siyahısına daxildir. Dəyirmanların çoxları sıradan çıxsa da, səyyahlara onlardan bəzilərinin içini gəzməyə icazə verilir.
Yüksək keyfiyyətli pendir
Hollandiya yüksək keyfiyyətli pendirləri ilə məşhurdur. Onların çeşidi o qədər böyükdür ki, təcrübəsiz səyyah çeşidlər arasında lap başını itirəcək. Niderlandın "vizit kartı" - Edam pendiridir. Bunun yarıdan çoxu ixraca gedir. Edam pendiri ölkənin qürurudur, lakin hollandlar özləri Qauda pendirinə daha üstünlük verir. Pendir pivə ilə xüsusilə gözəldir. Yeri gəlmişkən, tarixən bu pendirin saxlama və istifadə müddətini artırmaq üçün digərləri kimi qaraldırdılar. Üçüncü məşhur holland pendiri - Maasdam XX əsrin 70-cı illərində hazırlanıb. Holland ustaları onu isveçrəli Emmantalyu pendirnə rəqib qismində yaradıb.
Pendirin ənənəvi hazırlanma prosesinə Alkmar şəhərciyindəki pendir bazarında izləmək və dadına baxmaq olar. Bazar aprelin ortalarından başlayaraq oktyabra qədər və hər həftənin cümə günü keçirilir. Burada pendirin ən qədim hazırlanma metodları ilə tanış olmaq imkanı qazanacaqsınız. Pendir fanatınızsızsa, bu fürsəti əldən verməyin.
Soyuğa dözümlü xalq
Hollandiyalılar öz sağlamlığı ilə məşhurdur. Burada demək olar ki, mənfi 3 dərəcə temperaturda belə heç kəs isti, yun papaqlardan istifadə etmir, hətta kiçik uşaqlar belə.
Velosiped cənnəti
Amsterdamı dünyanın velosiped paytaxtı adlandırırlar. Axı velosiped ölkədə ən məşhur nəqliyyat vasitələrindən biridir və burada velosipedlərin sayı təqribən 16 milyondur. Ölkənin hər bir vətəndaşı velosipedə sahibdir, hətta Niderland kralı belə küçədə velosiped sürməyi özünə utanc saymır. Amsterdamda isə velosipedlərin sayı şəhər sakinlərinin sayını geridə qoyur. Təsadüfi deyil ki, bu ölkədə ən çox oğurlanan əşya velosipeddir. Hollandiyalılar velosipedlərin oğurlanmamasının qarşısını almaq üçün xüsusi qıfıl almalı olurlar. Əbəs yerə turistlər zarafatla demirlər ki, hollandların velosipedə olan məhəbbəti bütün hədləri keçir.
Mavilər üçün ən təhlükəsiz və xoşbəxt diyar
Yuxarıda dediyimiz kimi çoxları Hollandiyanı geylərin paradına və rəsmi şəkildə evlənməsinə, eləcə də yüngül narkotiklərin qanuni istifadəsinə icazə verən ölkə kimi tanıyır. Bəli, Niderland dünyada nadir yerlərdən biridir ki, burada yüngül narkotiklərin satılması leqaalşdırılıb. Yeri gəlmişkən narkotik maddələr kiçik restoran və kafelərdə açıq şəkildə satılır. Amsterdamda 200-dən çox belə müəssisə yerləşir. Belə kafelər Hollandiya mədəniyyətinin ayrılmaz hissəsi sayılır.
Hollandiyada geylərin evlənməsinə 2001-ci ildə rəsmən icazə verilib. Eyni cinsdən olanların nəinki evlənmək, üstəlik övladlığa uşaq götürmək hüququ da var. Mavilərin paradını isə hollandiyalılar "Amsterdam fəxri adlandırır. Parad avqust ayının ilk şənbə günü keçirilir.
Almazlar
Amsterdam Avropanın almaz paytaxtıdır. 400 ildən çoxdur ki, zərgərlər qiymətli daşların emalı məharətini nəsildən-nəslə ötürür. Dünyanın ən böyük Kullinan brilyantı da burada cilalanıb.
Ən bahalı almazlar qırmızıdır. Göy almazlar nisbətən ucuzdur. Onların karatı orta hesabla iki yüz əlli min avrodur. Çəhrayı isə ən nadir almazdır. Bu, onunla bağlıdır ki, onlar yalnız Avstraliya ərazisində hasil edilir. Almazları Amsterdam hava limanında belə almaq imkanınız var, ancaq ixtisaslaşmış mağazalardan alış-veriş etmək daha yaxşıdır. Odur ki, əziz qızıl-zinət həvəskarları Niderlanda gedəndə dünyanın ən bahalı almazlarının saxlandığı muzeyi ziyarət etməyi unutmayın.
Nadir muzeylər
Niderland turistlərə 1000-dən çox maraqlı və nadir muzey təklif edir. Belə muzeylərdən biri də Anna Frankın evidir. Anna - yəhudi qız müharibənin sonuna az qalmış Belzen düşərgəsində dünyasını dəyişib. O, Amsterdamın işğalı zamanı hadisələrin gedişatını gündəliyə yazıb. Muzeydə Annanın bioqrafiyası barədə film nümayiş olunur, də faşizm və antisemitizm haqqında materiallar göstərilir.
Pivə muzeyi
Hollandiyanın dünya şöhrətli Heineken pivə zavodunun əsası 1864-cü ildə qoyulub. Amsterdamda yerləşən zavod hazırda ultramüasir pivə muzeyi kimi fəaliyyət göstərir. Yeri gəlmişkən Hollandiya ən məşhur pivə istehsalçılarından biridir. Ölkə Heineken, Amstel və Grolsch kimi brendlərin vətənidir. Heineken dünyada istehsal edilən pivə həcminə görə 3-cü yerdədir. İçkidən söz düşmüşkən, qeyd edək ki, holland arağı Jenever adlanır.
Madam Tüsso və seks muzeyi
Tarixi və bədii muzeylərlə yanaşı, Niderlandda dünyada ilk seks, erotika, döymə, ölü və işgəncə kimi olduqca spesifik, nadir müəssisələr və muzeylər var. Ən məşhuru isə Madam Tüsso muzeyi sayılır. Madam Tüsso muzeyində geniş ictimaiyyət üçün mumdan hazırlanmış fiqurlar nümayiş olunur. Bu muzeydə siz dünya birliyinin görkəmli xadimlərinin, siyasətçilərin, alimlərin və digər hollivud ulduzlarının fiqurlarını görəcəksiniz.
Mətbəxi
Dünyanın ən dadlı siyənək balığını hollandlar hazırlayır. Onu istənilən restoranda sifariş verə bilərsiniz. Ümumiyyətlə, Holland mətbəxində balıq və tərəvəzlər çox vacib rol oynayır. Şimal mətbəxinin səciyyəvi xüsusiyyətlərindən biri xörəklərin assortimentinin az olmasıdır. Holland mətbəxində qonşu ölkələrin, xüsusilə Almaniya və Skandinaviya mətbəxlərinin təsiri hiss olunur. Almanlılar kimi, hollandlılar pivəni, xüsusilə laqeri çox xoşlayır - Heineken, Grolsç və Amstel kimi markalar ölkənin kənarında da məşhurdur. Kral ailəsində keçirilən bayramlar zamanı süfrəyə qeyri-adi portağal brendisi verilir.
Ənənəvi xörəklər asan hazırlanır və az inqrediyentlərdən ibarətdir. Hər bir Hollandiyalı "snert adlanan çox qatı noxud şorbasını, və həmçinin "hutspot adlanan qazanda bişirilən kartof, tərəvəzlər və əsasən mal ətindən ibarət olan xörəyi çox sevir.
Картинки по запроÑу snert
Hollandlılar həmçinin isti şokolad və cirəli südü çox xoşlayır.
Maraqlı faktlar
Ölkə əhalisi qaydalara uyğun yaşayır və heç bir halda qanun pozuntusuna yol vermir. Avtobus dayandığı halda belə, qapıları bağlıdırsa artıq bu ona minmək şansınızın sıfıra bərabər olduğu deməkdir.
Əhali ev və torpaq vergisi ilə yanaşı, hər il sel və daşqınlara qarşı sistemin inşa edilməsi və dəstəklənməsinə görə də vergi ödəməyə məcburdur.
Hollandiyada xəstə olduğunuzu bildirərək işə getməsəniz, bunun doğruluğunu yoxlamaq üçün evinizə həkim göndərə bilərlər. Burada tibbi xidmət ödənişlidir və sığorta ilə ödənilir. Holandiyada hər kəs sığortaya sahib olmalıdır və onun dəyəri 1 ay üçün 100 avro təşkil edir.(publika.az)