Prezident Vladimir Putin Rusiya ilə Türkiyə arasında "Türk axını qaz kəmərinin tikintisi ilə bağlı müqavilənin ratifikasiyası haqqında federal qanunu imzalayıb.
Unikal.org-un "İnterfaksa istinadən verdiyi məlumata görə, qanun layihəsi yanvarın 20-də Dövlət Duması tərəfindən qəbul olunub və fevralın 1-də Federasiya Şurası tərəfindən təsdiq olunub.
Qeyd edək ki, sənəd 2016-cı il oktyabrın 10-da İstanbulda imzalanıb.