"Arsenalın və Nigeriya yığmasının sabiq futbolçusu Nvankvo Kanu Rusiyada problemlə üzləşib. Kanunun 11 min dollarını oğurlayıblar.
Unikal.org xəbər verir ki, hadisə onun Londondan Kalininqrada təyyarə ilə gedişi zamanı baş verib. Nigeriya yığması DÇ-2018-də ilk oyununu məhz bu şəhərdə keçirəcək. Baltikyanı şəhərə çatandan sonra Kanu çantasından 11 min dolların oğurlandığını görüb.
Polisin apardığı araşdırmalardan sonra məlum olub ki, pul "Şeremetyevo hava limanında iki yükdaşıyan tərəfindən oğurlanıb. Artıq oğrular həbs olunublar və Kanunun pulunun özünə qaytarılacağı bildirilir.
Nigeriya iyunun 16-da ilk oyununu Xorvatiyaya qarşı keçirəcək. Bu qrupda İslandiya və Argentina da qərarlaşıb.