DÇ-2018-in bir neçə oyunu Rostov şəhərində keçiriləcək.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Rostovda ictimai təhlükəsizliyə kazaklardan ibarət qrup da nəzarət edəcək. Onlar geylərin davranışlarını da nəzarətdə saxlayacaqlar. Bu barədə kazak Dmitri Voskresov məlumat verib:
"İki kişinin öpüşdüyünü görsək, dərhal polisə məlumat verəcəyik. Qalanı isə onların işidi. Bizim üçün pravoslav və ailə dəyərləri qiymətlidi. Məhz bu dəyərlər üçün kazaklar xeyli mübarizə aparıblar.
Hər şey polisdən asılı olacaq. Onlar hər hansı qanun pozuntusu müəyyənləşdirib onun qarşısını alacaqlarsa, biz də onlara dəstək olacağıq. Onlardan özlərini ictimai yerlərdə mədəni aparmağı tələb edə bilərik. Ancaq onları cərimə etmək hüququ yalnız polisə məxsusdu. Biz bu məsələyə qarışa bilmərik.
Postovda qrup mərhələsinin 4, 1/8 finalın isə 1 oyunu keçiriləcək.