İngiltərənin "Mançester Yunayted klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Unikal.org xəbər verir ki, "qırmızı şeytanlar Ukrayna "Şaxtyorunun yarımmüdafiəçisi Fredin keçidini həll edib. Bu barədə məlumatı Britaniya mətbuatı yayıb. 25 yaşlı futbolçu artıq Mançesterdə tibbi baxışdan da keçib.
Xəbərdə "Mançester Yunaytedin braziliyalı yarımmüdafiəçinin keçidi üçün Donetsk təmsilçisinə 52 milyon funt-sterlinq ödəyəcəyi qeyd edilib.
Xatırladaq ki, Braziliya millisinin də üzvü olan Fred, 2013-cü ildən "Şaxtyorun uğurları üçün çalışırdı.