Meksika yığmasının futbolçuları Rusiyaya getməzdən əvvəl mundialda iştirak sevincini xüsusi mərasimlə qeyd ediblər.
Unikal.org xəbər verir ki, Rusiya səfərdən bir neçə gün əvvəl yığmanın 10 futbolçusu Mexiko yaxınlığında bir mənzili kirayəyə götürüblər. Onlar mənzilə 30-a yaxın fahişə dəvət edərək, əyləniblər.
Əyləncəli gecədə Raul Ximenes, Gilyerme Oçoa, Covanni dos Santos, Karlos Salsedo, Marko Fabian da olub.
Meksika yığmasından verilən məlumatda bildirilib ki, futbolçular bu hadisəyə görə cəzalanmayacaqlar. Çünki onlar yığmanın düşərgəsində olanda yox, sərbəst vaxtlarında əyləncəli gecə təşkil ediblər.