Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi Dieqo Maradona Kolumbiyanın Kali şəhərində xəstəxanaya yerləşdirilib.
Unikal.org-un "The Sun" nəşrinə istinadən verdiyi məlumata görə, o, dizindən əməliyyat oluna bilər.
Nəşrdə bildirilir ki, D.Maradona artıq bir neçə aydır ki, sol dizində ağrılar hiss edir. Maradonanın 6-8 gün xəstəxanada qalacağı ehtimal olunur.
Qeyd edək ki, D.-Maradona Belarusun "Dinamo" (Brest) klubunun idarə heyətinin sədridir.