"Barselona sabiq futbolçularından olan Erik Abidalı yenidən sıralarına qaytarıb.
Unikal.org xarici mətbuata istinandən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin 38 yaşlı fransız bu dəfə sevimli klubuna futbolçu kimi yox, fərqli ampluada xidmət göstərəcək. Belə ki, o, "Barselonanın texniki direktoru vəzifəsində çalışacaq.
Qeyd edək ki, hazırda bu postu tutan Robert Fernandes iyunun 30-da vəzifəsindən gedəcək. Onu əvəz edəcək Abidalın rəsmi təqdimat mərasimi isə iyunun 18-də keçiriləcək.