Türkiyə adından çıxış edən azərbaycanlı atlet Ramil Quliyev 14 mərhələdən ibarət olan "Almaz Liqada (Diamond League) qalib olub.
Unikal.org xəbər verir ki, Norveçin paytaxtı Osloda keçirilən budəfəki mərhələnin 200 metr qaçış kateqoriyasında Ramil 19.90 nəticə ilə çempion olub. Bu göstərici cari mövsüm Quliyevin ən yaxşı göstəricisidi.
Kanadalı Aaron Braun 19.98 nəticə ilə 2-ci, trinidad və tobaqolu Cerim Riçards 20.19 ilə 3-cü yeri tutub.
Quliyev qalib olması ilə bağlı bunları deyib:
"Ümid edirdim ki, bundan daha sürətli qaçaram. Ancaq bir az ləngidim. Avropa çempionatında 200 metrə qaçacam və məqsədim Pyetro Menneanın Avropa rekordunu (italiyalı atlet 1979-cu ildə 19.72 nəticə ilə finişə çatıb) qırmaq olacaq.
Ötən il Londonda dünya çempionu olmaqla Türkiyə atletikasının tarixinə düşmüş Ramil bu liqanın Roma mərhələsində 3-cü yeri tutmuşdu. O, ötən il Birmingem mərhələsində 200 metr qaçışda 20.17 nəticə ilə liqanın çempionu olmuşdu.