İsveçin "Malmö klubunun qanalı futbolçusu Kinqsli Sarfo həbs olunub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, o, 14 yaşlı qızı zorlamaqda ittiham edilib.
İsveç məhkəməsi buna görə 23 yaşlı yarımmüdafiəçiyə 2 il 8 ay həbs cəzası verib. Həbsdən çıxdıqdan sonra isə o, ölkədən çıxarılacaq.
Qeyd edək ki, qanalı oyunçu məhkəmədə qızın neçə yaşının olmasından xəbərsiz olduğunu vurğulayıb. Lakin məhkəmə əksini sübut edib.
2017-ci ildən "Malmönün şərəfini qoruyan Sarfo Qana yığmasında da oyun keçirib.