Futbol üzrə Argentina yığmasının heyətində dünya çempionatına bir neçə gün qalmış dəyişiklik olub.

Unikal.org xəbər verir ki, zədə səbəbindən heyətdən kənarlaşdırılan Manuel Lansininin əvəzinə Enzo Peres yığmaya dəvət alıb. Bu barədə Argentina Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

"River Pleytin 32 yaşlı yarımmüdafiəçisi Rusiyaya yollanan millinin 23 nəfərlik iştirak ərizəsinə daxil edilib.

Xatırladaq ki, Argentina yığması D qrupunda İslandiya, Xorvatiya və Nigeriya ilə mübarizə aparacaq.