Bir neçə gündən sonra Rusiyada futbol üzrə dünya çempionatı start götürəcək. Ancaq bu ölkənin futbol təsərrüfatında hər şey qaydasında deyil. Bəzi Rusiya klublarının maddi vəziyyəti o qədər də qənaətbəxş sayılmır.

Unikal.org xəbər verir ki, bu mövsüm Rusiya kubokunu qazanmış "Tosno klubu fəaliyyətini dayandırıb. Bu barədə məlumatı klubun sponsoru "FortGroup kompaniyasının rəhbəri Maksim Levçenko "facebookda bildirib.

O, "Tosnonun maliyyə böhranına görə fəaliyyətini dayandırdığını yazıb. Levçenko bildirib ki, klubun yükünü təkcə çəkməyə hazır olmayıblar, kömək ediləcəyi ilə bağlı verilən vədlər isə yerinə yetirilməyib.

"Tosno 2013-cü ildə yaradılmışdı. Komanda 2017-ci ildə Rusiya futbolunun elitasına yüksəlmişdi. Komanda Rusiya kubokunu qazanmasına baxmayaraq, çempionatda 15-ci pilləni tutaraq, elitanı tərk etmişdi.