Lionel Messi DÇ-2018-dən sonra yığma karyerasını bitirib-bitirməyəcəyi ilə bağlı sualı cavablandırıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, Messi belə addım atacağını istisna etməyib. O, hər şeyin DÇ-2018-də qazanacaqları nəticədən asılı olacağını deyib:

"Qərarım onadan asılı olacaq ki, biz mundialda necə çıxış edəcəyik, hansı nəticəni qazanacağıq. Üç finalda məğlub olmağımız Argentina mətbuatı ilə münasibətlərimizi korlayıb.

Biz finala adlamağa müxtəlif prizmalardan yanaşırıq. Finala çıxmaq asan deyil. Bunu qiymətləndirmək lazımdı.

Argentina iki dəfə Amerika kubokunun, bir dəfə isə DÇ-nin finalında məğlub olub. Messi yığma ilə yalnız Pekində keçirilən Olimpiadada qızıl medal qazanıb.