Zinəddin Zidanın istefasından sonra "Real baş məşqçi problemini heç cür həll edə bilmir.
Unikal.org xəbər verir ki, "Real rəhbərliyi bir neçə adlı-sanlı mütəxəssisə təklif göndərsə də, onlardan "yox cavabı alıb. "Kral klubunun indi də "Çelsinin sabiq baş məşqçisi Andre Villaş-Boaşla maraqlandığı deyilir. Məlumata görə, "Realın nümayəndələri onunla təmas qurublar.
Villaş-Boaşın son iş yeri Çinin "Şanxay Telleys klubu olub. O, Çin klubundan ayrıldıqdan sonra işsizdi. Portuqal mütəxəssis işsiz olduğu dönəmdə "Dakar rallisində iştirak edib.