Bu gün Çempionlar Liqasında 2018/19 mövsümünün ilk mərhələsinin püşkü atılıb.
Unikal.org xəbər verir ki, püşkün nəticəsi belə olub:
Çempionlar Liqası
Çempionlar yolu, ilkin mərhələ
"Santa Koloma" (Andorra) - "Drita" (Kosovo)
"La Fiorita" (San-Marino) - "Linkoln" (Cəbəllütariq)
Cütün qalibləri final matçında üz-üzə gələcək və qələbə qazanan komanda adını I təsnifat mərhələsinə yazdıracaq. Həmin klub Azərbaycan çempionu "Qarabağın potensial rəqibinə çevriləcək.
ÇL-in 1-ci və 2-ci mərhələlərinin püşkü iyunun 19-da atılacaq.
Yeni avrokubok mövsümü isə iyunun 26-da start götürəcək. Əvvəlki illərdən fərqli olaraq, bu dəfə təsnifat mərhələlərində "böyük beşlik klubları iştirak etməyəcək.