Rusiyanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Komitəsinin rəhbəri Tamara Pletnava ölkəsinin qadınlarına müraciət edib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, komitə rəhbəri 70 yaşlı Pletnava Dünya çempionatı zamanı başqa ölkədən gələn qonaqlarla cinsi əlaqəyə girməməsi üçün gənc qadınlara xəbərdarlıq edib.
Pletnava açıqlamasında başqa ölkələrə mənsub şəxslərlə qurulan evliliklərin sağlam olmadığını və gələcəkdə baş verəcək boşanma hallarının uşaqlara mənfi təsir etdiyini deyib:
"Gənc qadınlarla tanış olur və nəticədə onlar hamilə qalırlar. Evlənsələr də bir müddət sonra ağlaya-ağlaya uşaqları ilə birlikdə ölkəsinə qayıdırlar. Qadınlarımız rus kişiləri ilə ailə qurmalı, onlarla birlikdə yaşamalıdırlar və bizim kişilərin uşaqlarını dünyaya gətirməlidirlər.
1980-ci il Olimpiadasından sonra ölkədə çox sayda bekar rus analar var idi. Bu uşaqlar Sovet dövründə də çox acı çəkdilər. Onların əziyyət çəkməsini istəmirəm.