2010-cu ildə CAR-da keçirilən dünya çempionatında proqnozları ilə hər kəsi təəccübləndirən ilbiz Paul, AÇ-2016-da fil Nellidən sonra indi də mistik donuz "Markus peyda olub.
Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Markus DÇ-2018-in yarımfinalçılarını təxmin edib.
Bu donuz vaxtilə Donald Trampın prezident seçilməsində və Böyük Britaniyanın Avropa Birliyi referendumunda da yanılmayıb.
Donuzun sahibi Culyet Stivens bildirib ki, Markus DÇ-2014-də Almaniyanın çempionluğunu, "Uimbldon tennis turnirində finalçıların adını doğru təxmin edib.
"7-ci balanın 7-ci balası inancına görə, onun mistik gücü olduğuna inanıram. Alma və portağalla proqnoz verir. Meyvələrin üzərinə bayraqlar və simvollar qoyuram - deyə, donuzun sahibi vurğulayıb.
4 dənə alma seçən "Markus bu komandaları yarımfinala "çıxarıb:
- Belçika
- Argentina
- Nigeriya
- Uruqvay