Parisdə "Sarı jiletlər etiraz aksiyasının üçüncü mərhələsi başlayıb.

Unikal.org xəbər verir ki, dizel yanacağının qiymətinin artımına etiraz edən aksiyaçıların ümumi vergilərin azaldılması, alıcılıq qabiliyyətinin, eləcə də minimum əməkhaqqının artırılması, referendumun keçirilməsi və digər tələbləri var. Bu gün səhər saatlarından Parisin mərkəzi "Yelisey çölləri küçəsinə 5 mindən çox polis nəfəri cəlb olunub. Etirazçılara qarşı gözyaşardıcı qazdan, su şırnağından və digər vasitələrdən istifadə edilir. İndiyənədək 16 nəfər saxlanılıb.

Ölkənin əyalətlərində "Sarı jiletlər aksiyasının üzvləri yolları bağlayıblar.

Qeyd edək ki, aksiya 10 gündür davam edir. Xeyli sayda yaralananlar və həbs olanlar var.