Belçikada türklərə məxsus kafeyə silahlı hücum olub. 

Unikal.org xarici mediaya istinadən xəbər verir ki, hadisə Belçikanın Antverpen şəhərində baş verib. Hadisə nəticəsində 3 nəfər yaralanıb. Belçikanın VRT televiziyası sözügedən ərazidə türk və kürd qruplar arasında gərginlik olduğunu bildirib.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.