İngiltərə təmsilçisi "Çelsi" FIFA-nın kluba transfer qadağası çıxarması ilə bağlı apelyasiya şikayəti verəcəklərini açıqlayıb.

Unikal.org  xəbər verir ki, "zadəganlar" rəsmi saytı vasitəsilə qurumun İntizam Komitəsinin qərarına tezliklə etiraz edəcəklərini bildirib. Həmçinin İngiltərə təmsilçisinin mövcud qaydalar çərçivəsində fəaliyyət göstərdiyi vurğulanıb. 

Qeyd edək ki, FIFA-nın qərarına əsasən "Çelsi" iki transfer pəncərəsində yeni futbolçu qeydiyyatdan keçirə bilməyəcək.