Sabunçu sakinində marixuana və ov tüfəngi aşkar edilib.

Bu barədə Unikal.org -a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Xəbərə görə, Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini, əvvəllər məhkum olunmuş A.Muradovun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilmiş 107 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 745 qram marixuana, habelə lüləsi və qundağı kəsilmiş ov tüfəngi və 5 ədəd patron aşkar edilərək götürülüb.