Böyük Britaniyanın Baş Naziri Boris Conson Avropa İttifaqının oktyabrın 17-də keçiriləcək sammitində Brexit şərtləri barədə Brüssellə razılığa gələcəyinə əmindir:
Unikal.org xəbər verir ki, Boris Conson bu barədə BBC muxbirinə müsahibəsində bildirib. Leedis qəsəbəsində küçədə müsahibə verərkən Boris Conson telekanalının efirində deyib ki, Avropa İttifaqının tərkibindən sazişsiz çıxmasını istəmirik, bu, baş verməyəcək. Oktyabrın 17-də keçiriləcək sammitdə saziş əldə edəcəyimə əminəm.
Bu sözləri eşidən Leedis qəsəbə sakini Boris Consonu tənqid etməyə başlayıb: "Siz xalqla oyun oynayırsız. Burada deyil, Brüsseldə olmalısınız. İngiltərə xalqı Avropa İttifaqından çıxmaq istəmir".
Boris Conson buna cavab olaraq Aİ ilə danışıqların davam etdiyini söyləyib.