ABŞ Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiya tətbiq edə bilər.
Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ-ın maliyyə naziri Stiven Mnuçin bildirib.
Onun sözlərinə görə, buna səbəb Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi almasıdır.
Nazir deyib ki, sanksiyaların tətbiqi məsələsi araşdırma mərhələsindədir.
Qeyd edək ki, 2017-ci ildə ABŞ-da “Sanksiyalar yolu ilə ABŞ-ın düşmənlərinə qarşı mübarizə” adlı federal qanun qəbul edilib.