Argentinanın Santa Fe vilayətində dünyaya gələn insan üzlü buzov görənləri dəhşətə salır.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, insan üzünü xatırladan bir sifətlə doğulduğu iddia edilən buzovun həyatdaki ilk anları kamera ilə lentə alınıb və sosial şəbəkələrdə paylaşılıb. Kiçik burun və ağızla dünyaya gələn buzov sadəcə bir neçə saat həyatda qala bilib.
Paylaşılan görüntülərdə buzovun başını qaldırmaqda əziyyət çəkdiyi görünür. Mütəxəssislər bu halın nadir görülən genetik mutasiya ilə əlaqədar olduğunu bildiriblər.