Cənubi Afrikada insanları şoka salan bir hadisə yaşanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, 6 yaşlı qız uşağı 4 nəfər tərəfindən anasının yanında olarkən qaçırılıb.
Qızı qaçıranlar ailəsindən 110 min funt-sterlinq (230 min manat) pul istəyiblər. 6 yaşlı uşağın qaçırılması planını qızın anası ilə yaxın olan müəlliməsi hazırlayıb. Hadisənin insanlar arasında yayılmasından qorxan cinayətkarlar gecə saatlarında qızı küçəyə buraxıblar.
Küçədə qızı ağlayarkən görən bir cütlük isə onu polisə təslim edib. Polis bu cinayətin azyaşlı qızın müəllimi Tharina Human tərəfindən planlaşdırıldığını öyrənib. Müəllimənin narkotik vasitə istifadəçisi olduğu müəyyən olunub. O bu əməli narkotacirlərə külli miqdarda borcu olduğu üçün törədib.