ABŞ hökuməti Baham adalarında “Dorian” qasırğasından zərər çəkmiş şəxslərə təcili surətdə viza verməyə hazırdır.
Unikal.org xəbər verir ki, ABŞ-ın Nassaudakı səfirliyi bu ölkəyə təxliyə olmaq istəyən Baham sakinləri üçün təcili viza xidmətlərinə başlayıb.
Bundan başqa, ABŞ Gömrük-Sərhəd Xidmətinin sərhəd məntəqələri Baham vətəndaşlarının keçidi üçün xüsusi rejimə keçməyə hazırlaşır.
Qeyd edək ki, “Dorian” qasırğası ötən həftə Baham adalarında tüğyan edib. Təbiət hadisəsi nəticəsində 43 nəfər həlak olub, 13 min ev dağılıb.