Gürcüstanda 5 bal gücündə zəlzələ baş verib.
Unikal.org Gürcüstan Yer Elmləri İnstitutu və Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Gürcüstanın Ermənistanla sərhədindən 5 km məsafədə qeydə alınıb. Zəlzələ paytaxt Tbilisidə də hiss olunub. Dağıntı və tələfat barədə məlumat yoxdur.