İndoneziyanın keçmiş prezidenti Buxaruddin Yusuf Həbibi 83 yaşında vəfat edib.
Unikal.org "Jakarta Post"a istinadən xəbər verir ki, sentyabrın 9-da Həbibinin səhhəti pisləşib. Bundan sonra, o, Cakartadakı hərbi xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib və orada dünyasını dəyişib.
Qeyd edək ki, Həbibi 1998-ci ildən 1999-cu ilədək ölkə prezidenti olub.