Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbul Böyükşəhər Bələdiyyəsinin CHP-dən seçilən sədri Əkrəm İmamoğlu arasında maraqlı dialoq yaşanıb.
Unikal.org xəbər verir ki, bələdiyyə başqanlarının iştirakı ilə keçirilən toplantıda İmamoğlunun oturduğu stul qırılıb. Buna reaksiya verən Ərdoğan zarafatca İmamoğluna "bax, bu israfdır, oturduğun stulu qırdın. Pulunu ödəməlisən" deyib.