Türkiyənin şimal-qərbindəki Bursa vilayətində Rixter cədvəli ilə 3,2 bal gücündə zəlzələ baş verib.
Unikal.org-un məlumatına görə, yeraltı təkanlar beş kilometr dərinlikdə qeydə alınıb.
Təkanlar qonşu vilayətlərdə də hiss olunub.
Zəlzələ nəticəsində fəsad və ya itkilər qeydə alınmasa da, sakinlər arasında təşviş yaranıb.