Bu gün Bakı Apellyasiya Məhkəməsində sabiq deputat Hüseyn Abdullayev, onun anası Zeynəb Abdullayeva, Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyevin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Unikal.org-un məlumatına görə, hakim Faiq Qasımovun sədrlik etdiyi iclasda təqsirləndirilən Zeynəb Abdullayevaya səhhəti ilə əlaqədar məhkəmədən vaxt istəyib.
Proses yanvarın 14-nə təyin edilib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsinin hökmü ilə H.Abdullayev 6 il müddətinə azadlıqdan məhrum edilib. Digər təqsirləndirilənlər - Namiq Balayev 4 il, Nazim Əliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət sərhədini qanunsuz keçməkdə ittiham olunan Zeynəb Abdullayeva isə 4 min manat cərimə edilib.