Bakıda 20 yaşlı gəncdən narkotik vasitə götürülüb.
Unikal.org-un xəbərinə görə, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.
Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2000-ci il təvəllüdlü E.Məmmədov saxlanılıb.
Onun üzərinə baxış keçirilən zaman 1,072 qram heroin aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.