Siyavuş Novruzov "Oliqarxlar ittifaqı"nı vurdu
13:10 14-11-2012
İQTİSADİYYAT
Siyavuş Novruzov "Oliqarxlar ittifaqı"nı vurdu
"Mən o adamları tanımaq istəmirəm"
Bir müddət öncə azərbaycanlı milyarderlərin Moskvada keçirilmiş görüşü ölkə mətbuatının diqqət mərkəzindən hələ də düşmür.
İş burasındadır ki, görüşün məhz Moskvada təşkil edilməsi bir sıra suallar doğurur: 1. Bu görüş niyə indiki məqamda təşkil edilib? 2. Əslində, onların sahib olduğu kapital Rusiyanın sərvətidir və Moskva onları istədiyi "havaya oynada bilər". Moskva milayrderlərdən hansı "rəqsi" istəyir? 3. Bu milyarderlər Azərbaycandakı situasiyanı dəyişdirmək üçün real rıçaqlara malikdirlərmi?
Və bu suallara politoloqlar müxtəlif şərhlər verməkdədirlər.Hətta son günlər Azərbaycanda daxili siyasi proseslərə müdaxilə etməyəcəyini bəyan edən bu dəstə hazırda ölkədə bir sıra qapalı görüşlər keçirtməkdə, sistemli şəkildə hakimiyyəti hədəfə almaqdadırlar. Bu baxımdan həm də Ziyalılar İttifaqının üzvü olan Rüstəm İbrahimbəyovun dövrü mətbuata sərt açıqlamalar verməsi də sübut edir ki, aysberqin görünməyən tərəfləri var və get-gedə bu oyunun ştrixləri görünməyə başlayır. Amma bu məqamlara toxunmamışdan öncə gəlin millət vəkili Siyavuş Novruzovun məsələ ilə bağlı verdiyi sərt bəyanata diqqət yetirək. Yeni Azərbaycan Partiyasının ( YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov parlament müxbirimizə, Moskvada azərbaycanlı oliqarxlar tərəfindən yaradılan Ümumrusiya Azərbaycan Təşkilatları Ittifaqına münasibətini bu səpgidə açıqlayıb:
"Mən o adamları tanımıram. Tanımaq da istəmirəm. Ora yığışanlar siyasətdən uzaq olan insanlardır. Biri kəşfiyyat orqanında işləyib, digəri bizneslə məşğuldur".
S.Novruzovun sözlərinə görə, "Oliqarxlar ittifaqı"nın nə məqsədi, nə də məramı məlumdur:
"Qoy birinci bunu aydınlaşdırsınlar. Bundan sonra fəaliyyətlərini davam etdirsinlər. "Oliqarxlar ittifaqı"nın Moskvada yaşayan azərbaycanlıların koordinasiyası ilə məşğul olmaq niyyəti varsa, bunu onlar Moskvada etməlidirlər. Onların Azərbaycana nə aidiyyatı var?!".
Deputat qeyd edib ki, "Milyarderlər ittifaqı"nın yaradılması ilə guya, Azərbaycan hakimiyyətinin narahat olması barədə deyilənlər də yanlışdır.
"Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır. Ona görə də bu təşkilat kim tərəfindən yaradılırsa-yaradılsın, onların öz işidir".
Deputat bildirib ki, bu quruma tanınmış şəxslərin toplanmasınında problem görmür.Bu arada Moskvada başqa bir kompaniyaya da start verilib. Belə ki, milyarderlərin toplaşdığı və təşkilat təsis etdikləri otelə həm də "Sadval"çılar toplaşıb və fəaliyyəti dayandırılan "Sadval" yenidən hərəkətə keçib. Qeyd edək ki, bu təşkilat Azərbaycanda bir sıra terror aktlarının həyata keçirilməsində yaxından iştirak edib və adları beynəlxalq təşkilatların qəbul etdiyi terror siyahısında var. Və onların gözlənilmədən milyarderlərlə eyni vaxtda aktivləşməsi diqqətdən kənarda qalmamalıdır. Bunu da vurğulayaq ki, indi məlum olur ki, milyarderlərin yaratdığı təşkilata baş nazirin keçmiş birinci müavini Abbas Abbasov sədr seçilməli imiş. Halbu ki, qeyd olunurdu ki, bu təşkilat Rusiya vətəndaşlarından təşkil olunub. Amma Abbas Abbasov Azərbaycan vətəndaşıdır və onun təşkilata sədr gətirilməsi təşəbbüsü sırf ölkədaxili siyasi proseslərə təsir etməyə yönəlmiş addımlardır. Bunu hələ bir neçə gün öncə "Unikal" qəzeti öz mənbələrinə istinadən qeyd etmişdi və yazılmışdı ki, Abbas Abbasovun ciddi siyasi iddiaları var və o, 2013-cü il prezident seçkilərində iştirak etmə imkanlarını da saf-çürük edir. Moskvadakı milyonerlərdə onun arxasında olmaqla əslində Abbas Abbasovun ciddi bir qüvvə kimi görünməsini təmin etmiş olurlar. Amma bir məsələ də var ki, artıq bir neçə həftədir ki, yaransalarda bu təşkilat Azərbaycanda özünə sosial baza toplaya bilməyib. İstər adi vətəndaşlar, istərsə də ənənəvi müxalifət onlarla təmasa maraq göstərmir və artıq əksəriyyətdə belə bir rəy var ki, yeni qrum Rusiya tərəfindən yaranıb və Azərbaycan dövlətçiliyi üçün real təhlükədir. Ekspertlər vurğulayır ki, yaxın bir neçə ay ərzində bu təşkilatın pərdəarxası maraqları tamlıqla ortaya çıxacaq və bundan sonra qrumun sabahkı taleyi ilə bağlı hansısa fikir yürütməyə ehtiyac yaranacaq. Hələliksə, bu təşkilat yaranışından belə şikəst doğulan körpəyə daha çox bənzəyir.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-24 19:06:47
2024-12-24 17:36:00
2024-12-24 16:22:20
2024-12-24 16:21:00
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00