Deputat İsmət Abbsovun istefasını tələb etdi
11:44 15-11-2012
İQTİSADİYYAT
Deputat İsmət Abbsovun istefasını tələb etdi
Vahid Əhmədovu hakimiyyətə qarşı radikallaşdıran səbəblər "Unikal"da
Ötən gün Milli Məclisdə "Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsi haqqında" qanun layihəsinin müzakirələri davam edib. Həmin müzakirələr zamanı isə millət vəkili Vahid Əhmədov maraqlı açıqlamaları ilə diqqətləri yenidən özünə cəlb edib. Çıxış edən millət vəkili qeyri-neft sektorunun inkişafı sahəsində ciddi addımlar atılmalı olduğunu, İqtisadi İnkişaf Nazirliyinin qeyri-neft sektorunda hansı sahələrə kredit verilməsinin zəruri olduğunu araşdırmağa çağırıb.
Vahid Əhmədov bunun ardınca kənd təsərrüfatı sahəsində ciddi problemlər olduğunu söyləyib: "Kənd Təsərrüfatı Nazirliyinin strukturu sovet dövründə olduğu kimi qalıb. Yerlərdə fermer, kəndlilər başlı başına qalıb. Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar aparmaq lazımdır. Digər tərəfdən, bölgələrdə kənd təsərrüfatı məhsullarını satmaq mümkün olmur. Məsələn, Qubada camaat almaları sata bilmədiyi üçün çaya tökürlər. Mən bu satışa maneələri açıqlamaq istəmirəm".
Göründüyü kimi Vahid Əhmədov açıq tekstlə kənd təssərrüfatı naziri İsmət Abbasovu hədəfə alıb. Onun KTN şefinə qarşı aqressiv mövqe sərgiləməsinin səbəblərinə gəlincə isə bunu bir neçə səbəblə izah etmək olar. Tamamilə mümkündür ki, deputat hakimiyyət daxilindəki qrup oyunlarına girərək kimlərinsə sifarişi ilə İsmət Abbasovu "vurmağa" başlayıb. Hər halda KTN şefinə qarşı bəzi qruplaşmaların hansı mövqedə olduğu heç kəsə sirr deyil və bu baxımdan ağla gələn ilk versiya deputatın da məhz bu koalisiyaya qoşulduğunu təxmin etməkdir.
Milli Məclisdə təmsil olan millət vəkillərindən birinin "Unikal" əməkdaşına söylədiyinə görə Vahid Əhmədov hətta həmin çıxışında kənd təsərrüfatı naziri İsmət Abbasovun istefasını da tələb edəcəkmiş. Amma son anda kimlərləsə telefonla məsləhətləşən deputat bundan vaz keçib. Bununla belə "Kənd Təsərrüfatı Nazirliyində ciddi islahatlar aparılmalıdır" cümləsinin alt qatında elə bu gizli eyhamın dayandığını görməmək də mümkün deyil. Ən marqlısı isə odur ki, Vahid Əhmədov İsmət Abbasovun rəhbərlik etdiyi nazirliyi sərt şəkildə tənqid etdikdən sonra daha bir məmuru tənqidlərinin hədəfinə çevirib. Bu isə Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovdur.
Belə ki, millət vəkili banklarda faizlərin çox yüksək olduğunu vurğulayıb: "Banklarda 20-25 faizlə kredit verilir. Artıq rayonlarda camaatın evləri, əmlakları banklar tərəfindən müsadirə olunur. Yunanıstanda böhran olduğu üçün hökumət banklara əhalinin əmlaklarını müsadirə etməsinə qadağa qoydu. Azərbaycan dövlətinin imkanları olduğu halda niyə insanlara qarşı belə addımların qarşısı alınmır?" O, daha sonra bankların sayının çox olduğunu da xatırladaraq bu sahədə də islahatların vacib olduğunu diqqətə çatdırıb.
İlk baxışdan Vahid Əhmədovun bu açıqlaması normal görünə bilər. Amma məlumatlı mənbədən aldığımız məlumata görə, belə bir açıqlama ilə çıxış etməkdə onun məqsədi əslində Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovu hədəfə gətirmək olub. Aydın məsələdir ki, banklara lisenziyanı Milli Bank verir, belə olan halda "Azərbaycanda banklar çoxdur" bəyanatının əslində kimə qarşı yönəldiyinin əlavə şərhə ehtiyacı qalmır.
Göründüyü kimi Vahid Əhmədov ötən gün Milli Məclisdəki bir çıxışı ilə iki dövlət strukturunun fəaliyyətinə kölgə salan bəyanatla çıxış edib və bunu heç də təsadüf saymaq doğru olmazdı. Bununla bağlı əldə etdiyimiz informasiyada bildirilir ki, məlum Quba olayları zamanı Azərbaycan hakimiyyətindən incik düşən Vahid Əhmədov indi bu açıqlamaları ilə heç nəyi unutmadığını sərgiləmək niyyətindədir. Mənbə güman edir ki, Vahid Əhmədovun bu tipli bəyanatları bundan sonra da davam edəcək və deputat tədricən parlamentdə radikal müxalifətin əsas sözçülərindən birinə çevriləcək.
Orxan Həsənli
Digər Xəbərlər
2024-12-24 12:52:00
2024-12-24 11:21:30
2024-12-24 11:17:31
2024-12-24 11:01:29
2024-12-24 10:37:00
2024-12-24 09:39:17
2024-12-24 09:32:55
2024-12-24 09:29:09
2024-12-24 09:10:00
2024-12-23 20:12:40
2024-12-23 18:21:07
2024-12-23 16:56:42
2024-12-23 16:55:35
2024-12-23 16:51:28
2024-12-23 15:51:48
2024-12-23 14:54:00
2024-12-23 12:30:00
2024-12-23 10:39:39
2024-12-23 10:06:03
2024-12-23 09:28:54