Xəbər verdiyimiz kimi, Emin Əmrullayev Prezident İlham Əliyevin sərəncamı ilə Təhsil naziri təyin olunub.
Unikal.org xəbər verir ki, E.Əmrullayev peşəkar Təhsil işçisi kimi tanınır.
Təhsil Nazirliyində Təhsilin keyfiyyətinin qiymətləndirilməsi sektorunun müdiri vəzifəsində çalışdığı zaman islahatçı və peşəkar kadr olaraq yadda qalıb.
Sonradan Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri təyin olunub.
2016-cı ilin aprelindən Təhsil Problemləri İnstitutunun (TPİ) direktorunun səlahiyyətləri Emin Əmrullayevə həvalə olunub.