İranda son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 189 nəfər vəfat edib.

Unikal.org xəbər verir ki, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 18 616 nəfərə çatıb.

İranda son sutka ərzində koronavirusa 2 132  yoluxma halı qeydə alınıb və indiyə kimi COVID-19-a yoluxanların ümumi sayı 328 844 nəfərə çatıb.

İndiyədək xəstəlikdən 286 642 nəfər sağalıb.

Hazırda virus daşıyıcısı olan xəstələrdən 3 993 nəfərin vəziyyəti ağır və ya orta ağırdır.