Türkiyədə son sutka ərzində 14 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.
Nazirin sözlərinə görə, daha 1193 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 5858, virusa yoluxanlar isə 241 997 nəfərə çatıb.
Türkiyədə indiyədək 224 min 970 pasiyent (son sutkada 1211 nəfər) sağalaraq evə buraxılıb.