ABŞ-ın Merilend ştatının Baltimor şəhərində baş verən qaz partlayışında ən azı 1 nəfər ölüb.
Unikal.org xəbər verir ki, bu barədə yerli yanğın xidməti öz "Twitter" səhifəsində bildirib.
Məlumata əsasən, bir neçə evdə partlayış olub, ən azı 5 nəfər dağıntılar altında qalıb.
Xilasetmə əməliyyatı zamanı dörd nəfərin dağıntıdan çıxarıldığı, vəziyyətlərinin kritik və ağır olduğu bildirilib, onlar hamısı yaxınlıqdakı xəstəxanalara aparılıb.