ABŞ prezidenti Donald Tramp koronavirus infeksiyasının siyasiləşdirilməsinə son qoymağa çağırıb və virusun Birləşmiş Ştatlara necə gəldiyini müəyyən etməyə söz verib.
Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə görüşündə bildirib.
“Biz virusu siyasiləşdirməyi dayandırmalıyıq və bunun əvəzində infeksiyanın ABŞ-a, bütün dünyaya necə gəldiyini qınamaq üçün birləşməliyik. Bunu axtarmaq və müəyyən etmək niyyətindəyik”, - Tramp belə deyib.
ABŞ liderinin sözlərinə görə, bu virusa qalib gəlmək üçün dünya ölkələri birlikdə çalışmalıdırlar: “ABŞ rəhbərliyi mümkün qədər çox insanın həyatını xilas etmək niyyətindədir. Biz bunun üçün başqa ölkələrlə də işləyirik”.