Braziliyada son sutka ərzində daha 22 048 nəfərin koronavirus infeksiyasına yoluxması təsdiqlənib.

Unikal.org xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 3 057 470 nəfər yoluxub. Bu müddət ərzində 101 752 koronaviruslu xəstə dünyasını dəyişib, son sutkada isə bu rəqəm 703 nəfər olub.

Həmçinin bu günədək 2 163 812 (yoluxanların təxminən 70%-i) xəstə müalicə olunaraq sağalıb. Hazırda 791 801 aktiv xəstə var.