Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 264 nəfərə çatıb.
Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 6 930 nəfər karantində saxlanılır, 263 nəfər isə stasionar şəraitdə müalicə olunur. Virusa yoluxanlardan 1 054 nəfərin sağaldığı, 17 nəfərin isə vəfat etdiyi bildirilir.