Rusiya Prezidenti Vladimir Putinin qızlarından biri koronavirus əleyhinə peyvənd vurulmuş insanlardan biri olub.
Unikal.org xəbər verir ki, bu barədə RF lideri hökumət iclasında bu gün Rusiya istehsalı olan ilk koronavirus vaksininin qeydiyyatdan keçdiyini bildirdikdən sonra deyib.
“Qızım təcrübədə iştirak edib. İlk iynədən sonra onun hərarəti 38, növbəti gün isə 37 dərəcəyə və daha aşağı düşmüşdü”, - deyə Putin bildirib.
Onun sözlərinə görə, ikinci iynədən sonra hərarəti bir qədər artsa da, hazırda qızı özünü yaxşı hiss edir və onun antitel titrləri yüksəkdir.