İspaniyada dostunun lüks avtomobilini borc götürən şəxs qəza törədib. 

Unikal.org xəbər verir ki, hadisə Huelve şəhərində baş verib. 

Belə ki, həmin şəxs dostunun 2 milyon dəyərində olan lüks avtomobili ilə şəhərədə gəzintiyə çıxıb. Daha sonra idarəetməni itirərək elektrik transformatoruna girib. Sürücü avtomobil vurduqdan sonra yanında olan sərnişinlə birlikdə qəza yerindən qaçıb.

Hadisə yerinə polis cəlb olunub. Qəzanı araşdıran ekspert sürücünün elektrik transformatorunu 2,9 saniyədə 325 kilometr sürətlə vurduğunu bildirib.