Rusiyanın koronavirus əleyhinə peyvəndi ABŞ-ın bu sahədə apardığı təcrübələrdən belə geri qalır və olduqca az müddətdə testdən keçirilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, bu cümlə ABŞ prezidentinin köməkçisi Kellina Konnuey tərəfindən səsləndirilib.

Konnuey Rusiyanın bununla bağlı tətbiq etdiyi standartları sərt şəkildə tənqid edib. O, ABŞ-ın bu məsələdə daha məsuliyyətli davrandığını söyləyib.

“Bizim laboratoriya sınaqlarının 3-cü mərhələsində olan 6 potensial peyvəndə malikdir”,-deyə o bildirib.

Birləşmiş Ştatlar prezidenti Donald Tramp da peyvəndin bu ilin noyabr ayının 3-nə təyin olunan prezident seçkilərinə qədər hazır olacağını vəd edib. Doğrudur bir çox ekspertlər prezidentin bu məsələyə əl uzatmasından heç də məmnun deyillər. Onlar Trampın seçkilər naminə əczaçı şirkətləri tələsdirərək, peyvəndin keyfiyyətinin aşağı düşməsinə səbəb olacağından ehtiyyat edirlər.

Hətta Rusiya əczaçıları da rəsmi Moskvanı bu məsələdə tələsməməyə, peyvəndin qeydiyyatını başqa tarixə ertələnməsini istəyirlər. Onların rəyinə əsasən, Rusiya peyvəndinin hansı keyfiyyətdə olduğu hələ məlum deyil.

Bununla bağlı Rusiyaın Klinik araşdırmalar üzrə təşkilatlar assosiasiyası yazılı şəkildə prezidentə müraciət edib.

Qeyd etmək lazımdır ki, bəhs olunan təşkilata “Bayer”, “AstraZeneca”, “Novartis” kimi iri əczaçılıq firmaları da daxildir.

Sənəddə Rusiyanın peyvəndlə bağlı sınaqlarında 100 nəfərdən az adamın iştirak etdiyi vurğulanıb. Halbuki 3-cü mərhələdə preparat ən az 1000 nəfərin üzərində sınanılmalı idi. Bu fazada təkcə peyvəndin keyfiyyəti deyil, həmçinin onun zəif immunitetə malik və xroniki xəstəlik daşıyan insanlara təhlükə törədib-törətmədiyi yoxlanılır.