Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 14 yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 1 278 nəfərə çatıb. Qeyd edək ki, Gürcüstanda koronavirus səbəbi ilə hazırda 7 708 nəfər karantində saxlanılır.
Xəstəlikdən sağalanların sayı 1 258 nəfərdir. Virusa yoluxanlardan 17 nəfərin isə vəfat etdiyi bildirilir.