Rusiyada son sutka ərzində daha 5 102 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.
Unikal.org xəbər verir ki, Rusiyada COVID-19-a yoluxanların sayı 902 701 nəfərə çatıb. Son sutka ərzində 129 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 15 260 nəfərə çatıb.
Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Braziliya və Hindistandan sonra dördüncü yerdə gəlir.